Məşhur prodüserin pişiyinə 150 minlik təklif


Digərləri 16 İyn 2019 20:45:00 236 0

Məşhur prodüserin pişiyinə 150 minlik təklif

Rusiyanın tanınmış prodüseri Bari Alibasovun Çuça ləqəbli pişiyi çəkiliş üçün 150 min ABŞ dolları dəyərində təklif alıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda prodüserin nümayəndəsi Vadim Qorjankin "Qovorit Moskva" radiosuna müsahibəsində deyib.

Qorjankinin sözlərinə görə, heyvan itkin düşdüyü vaxt çox məşhurlaşıb. Prodüserin nümayəndəsi bildirib ki, Çuça ilə təkcə qida və aksessuar istehsalçıları yox, həm də parfüm brendi, detektiv agentliyi və digər şirkətlər maraqlanıb.  

Qorjankin qeyd edib ki, bu məsələdə son qərarı Alibasovun özü verəcək.