"O vaxta qədər bədənimi tanımamışdım" FOTO


Kriminal 16 İyn 2019 20:35:00 250 0

"O vaxta qədər bədənimi tanımamışdım"  FOTO

Cavad Nur: "Teatra gələnə qədər alışmağı gözləyən kibrit kimi idim" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, hələ gəncdir. Yolun başındadır. Teatra böyük sevgisi var. Özü də ən çətin spesifikası olan pantomimadan başlayıb. Başlayıb deyəndə ki, artıq 5 ilə yaxındır, bu teatrda çalışır. Özü də Azərbaycanda Pantomima Teatrının yaradıcısı Bəxtiyar Xanızadənin tələbəsidir. Qısametrajlı filmlər çəkir, festivallarda iştirak edir. Çox həvəslidir, çalışqandır, hədəflərinə doğru yorulmadan irəliləyir. Müsahibimiz Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru Cavad Nurdur.

- Niyə Pantomima?

- Pantomima mənim üçün çox böyük bir məktəbdir. Bu teatrın mövcudluğundan gec xəbərdar olmuşam. Burada çalışmağıma teatrımızın istedadlı aktyoru Bəhruz Vaqifoğlu səbəbkar olub. Onunla bir festivalda tanış olmuşduq və biz rəqib komandalarda çıxış edirdik. Bəhruz mənə Pantomima Teatrından bəhs edərək ora dəvət etdi. Pantomimaya ilkin olaraq tamaşaçı kimi gedirdim və məşq proseslərini izləyirdim. Amma teatra da sadəcə, izləyici kimi getmirdim. Ömür boyu bu teatrın nəinki qapısından içəri keçməmiş, heç onun barəsində eşitməmişdim də. Universitetdə xalq artisti Pərviz Məmmədrzayev uşaqlarla məşğul olanda, onda da maraqlanmamışdım ki, tələbələrə hansı elmi tədris edir. Pərviz Məmmədrzayev  pantomimanın ilk simalarındandır.

- Ancaq Pantomima Teatrının 25 illik yubileyində biz onu görmədik.

- Əslində, onun nə üçün yubileydə iştirak etmədiyinin  səbəblərini bilmirəm. Amma hamımız istərdik ki, Pərviz müəllim orada olsun. Çünki zamanında o, bu teatrda çalışıb.    - Bir aktyor kimi Pantomima Teatrında nələr öyrəndiniz?

- Teatr mənə çox şey öyrətdi. Hər şeydən əvvəl mənə öz bədənimi tanımağı, tanıdıqdan sonra onunla necə hərəkət etmək lazım olduğunu izah etdi. O vaxta qədər mən bədənimi tanımamışdım.    - Pantomima Teatrının 25 illik yubileyi mükəmməl keçdi. Hər kəs yubiley tamaşasından xoş təəssüratla ayrıldı. Tamaşanın ssenarisi real hadisələr üzərindəmi qurulmuşdu?

- Pantomima Teatrının yubileyində səhnədə olan hər şey reallıqdan doğmuşdu. "Sehrli xalat" tamaşasına iki ay hazırlaşdıq. Biz hər gün teatra gedir, məşq edirdik. Teatrımızın köhnə aktyorlarının da bizə qoşulması, bizimlə birlikdə səhnədə olması əsil sürpriz oldu. Onlar uzun müddətdir ki, bu teatrda çalışmırdılar. Yubiley tamaşamızda əvvəllər bizimlə çalışan sənətkarlar - Pantomima ailəsi bir yerdə idi. Köhnə aktyorlardan Əsəd müəllim dedi ki, burada olan çox insanı yeni tanıyıram, amma adama elə gəlir ki, sanki teatr yaranandan bir yerdəyik. Çox zaman bizə deyirlər ki, bütün aktyorlar bir-birinə oxşayır.    - Pantomimanın aktyorları isə ələlxüsus, bir-birinə oxşayır, çünki burada söz yoxdur.

- Xəmiri yoğuran eyni insandır. Bizim hamımızı  Bəxtiyar Xanızadə yetişdirib. Hansısa hərəkətimizin bir-birinə oxşaması təbii ki, ona bağlıdır.   - Müəllimin göstərdiyi dəsti-xətt üzrə gedirsiniz, yoxsa sizin də öz dəsti-xəttiniz olur?

- Müəllimimiz bizə düzgün yolu göstərib. Həmin düzgün yolda mən əyri gedirəmsə, bu, mənim günahımdır. Biz o dəsti-xətti qoruyuruq, ancaq özümüzdən də nələrsə əlavə etməyə çalışırıq və bu yolda bizim əsas dəstəkçimiz elə müəllimimizin özüdür. Bəxtiyar Xanızadənin tələbəsi olduğum üçün özümü çox şanslı hiss edirəm. Rejissor kimi qısametrajlı filmlər çəkmişəm və o filmlərdə də öyrəndiyim dəsti-xətdən istifadə edirəm. Və hətta onlardan bəzilərində danışıqdan istifadə etmirəm. Pantomimada öyrəndiklərim idi ki, bu filmin ərsəyə gəlməsində xeyrini gördüm.

- Pantomima Teatrının yaradıcı heyəti həddən artıq çox məşq edir. Hətta burada sərt nizam-intizam qaydalarının olduğu deyilir. Bu sizi heç yormur?


Xəbərə aid fotolar