Daha bir ölkə ABŞa "müharibə" elan etdi


Dünya 16 İyn 2019 20:14:00 175 0

Daha bir ölkə ABŞa "müharibə" elan etdi

Hindistan ABŞ-dan idxal edilən 28 mala əlavə gömrük vergisi tətbiq edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Hindistan Maliyyə Nazirliyinin müəyyənləşdirdiyi gömrük vergiləri bu gündən qüvvəyə minib.

Bu sıraya əsasən badam, alma, yunan qozu kimi mallar daxildir.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Hindistan və Türkiyənin güzəştli ticarət haqqından məhrum edilməsi barədə fərman imzalayıb. D. Tramp bildirib ki, Hindistan ABŞ-a bazarlara bərabər və uyğun şərtlərlə girişi təmin etməyə qarantiya verməyi bacarmayıb. Türkiyə isə inkişaf etməkdə olan ölkələr üçün qəbul olunmuş güzəştlərdən məhrum edilib.

Xatırladaq ki, ABŞ və Hindistan gömrük dərəcələrini keçən ildən, D. Trampın ölkəyə idxal edilən alüminium və polada əlavə vergi tətbiq etməsi ilə dəyişməyə başlayıblar. Hindistan ABŞ-dan idxal edilən 30 mal üçün gömrük vergisini artıracağını bəyan edib.