Yeni Zelandiyada iki təyyarə toqquşub, pilotlar həlak olub


Digərləri 16 İyn 2019 20:14:00 194 0

Yeni Zelandiyada iki təyyarə toqquşub, pilotlar həlak olub

Yeni Zelandiyanın Masterton şəhərində iki yüngülmühərrikli təyyarə havada toqquşub

Bakı. Yeni Zelandiyanın Masterton şəhərində iki yüngülmühərrikli təyyarə havada toqquşub. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Hood" aerodromu yaxınlığında baş verən insident nəticəsində hər iki təyyarənin pilotu həlak olub. Bildirilir ki, təyyarələr hava toqquşduqdan sonra yerə düşüblər və yanğın başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər yanğını söndürüb.