F15C “Eagle”, yoxsa Su57


Dünya 16 İyn 2019 18:36:00 207 0

F15C “Eagle”, yoxsa Su57

Amerika istehsalı olan F-15C "Eagle" qırıcısı uzun müddət dünyanın ən yaxşı təyyarələrindən biri hesab olunub, lakin Su-57 kimi müasir tipli qırıcılarla qarşıdurma üçün onun ciddi modernləşdirilməsi tələb olunur, "The National Interest" nəşri yazır.  

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, F-15C hazırda ABŞ Hərbi-Hava Qüvvələrinin ehtiyatında olan bütün qırıcıların yarısını təşkil edir. Lakin yaxın illərdə bu tip hərbi təyyarələri, çox güman ki, mənəvi cəhərdən "qocaldıqları" üçün balansdan siləcəklər.

Eyni zamanda, Rusiyanın beşinci nəsil "gözəgörünməz" Su-57 qırıcısı həm manevr qabiliyyətinə, həm də müasir silahlarla təchizatna görə bir çox dünya qırıcılarını geridə qoyur.

Su-57 qırıcısı

Lakin ABŞ HHQ bu gün radarlar üçün görünməz olan hərbi təyyarələrin məhv edilməsi məqsədilə plan hazırlayır və "Lockheed Martin" şirkəti "Legion" modulu üzərində işlədiyini bildirib. Nəşr iddia edir ki, bu modul "Stels" texnologiyası üzrə hazırlanmış təyyarələri aşkarlamaq qabiliyyətinə malik olacaq.

Bu cür modulla təchiz olnumuş F-15C nəzəri cəhədən Su-57-ni havada aşkarlayaraq ona zərbə endirə biləcək.