Britaniya dəniz piyadalarını Fars körfəzinə göndərir


Dünya 16 İyn 2019 18:14:00 217 0

Britaniya dəniz piyadalarını Fars körfəzinə göndərir

Böyük Britaniya Oman körfəzində tankerlərin hücuma məruz qalmasından sonra öz gəmilərini qorumaq üçün Fars körfəzinə xüsusi təyinatlılar göndərmək niyyətindədir.

Son.az APA-ya istinadən bildirir ki, "Tayms" qəzetinin yazdğına görə, Oman körfəzində tankerlərə zərbə endirilməsi faciə ilə yekunlaşa bilər. Buna görə də Böyük Britaniya regiona 100 dəniz piyadası göndərməyi planlaşdırır. Çevik reaksiya qüvvələri rolunu oynayacaq 100 dəniz piyadasının Böyük Britaniyanın Bəhreyndəki dəniz bazasında yerləşdirilməsi nəzərdə tutulub. Həmin hərbçilərin vəzifəsi Fras körfəzində patrul xidməti həyata keçirmək, Hörmuz boğazında hərbi və ticarət gəmilərini qorumaqdır. 100 dəniz piyadasının konkret nə zaman regiona göndəriləcəyi bu gün hökumət tərəfindən müəyyənləşdiriləcək.

Son.az