Suriyada Türkiyənin müşahidə məntəqəsəi minaatanlardan atəşə tutulub


Digərləri 16 İyn 2019 16:05:02 160 0

Suriyada Türkiyənin müşahidə məntəqəsəi minaatanlardan atəşə tutulub

Suriyanın İdlib bölgəsində Türkiyənin müşahidə məntəqəsi minaatanlardan atəşə tutulub

Bakı. Suriyanın İdlib bölgəsində Türkiyənin müşahidə məntəqəsi minaatanlardan atəşə tutulub. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər. Nazirliyin məlumatında deyilir: "Murak rayonunda yerləşən 9 nömrəli müşahidə məntəqəsi Təll Bazan rayonundan artilleriya və minaatanlardan atəşə tutulub. Bizim qiymətləndirməmizə görə, müşahidə məntəqəsi qəsdən atəşə tutulub". Qeyd edilir ki, insident nəticəsində xəsarət alan olmayıb, məntəqənin avadanlıqlarına ziyan dəyib.