Azərbaycan ilə Belarus arasında idxalixrac əməliyyatlarının həcmi 93 milyon dollara çatıb


Digərləri 16 İyn 2019 15:20:00 199 0

Azərbaycan ilə Belarus arasında idxalixrac əməliyyatlarının həcmi 93 milyon dollara çatıb

Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon ABŞ dollarına çatıb.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 83,7 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 9,2 milyon dollar olub.

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.