İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alındı


Digərləri 16 İyn 2019 14:05:00 200 0

İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alındı

İsmayıllı rayonunda yanğın olub. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, rayonun Sumağallı kəndində ümumi sahəsi 81 m² olan və kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikili yanıb.

Meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.