Hindistanda isti hava insanları öldürür


Dünya 16 İyn 2019 13:50:00 204 0

Hindistanda isti hava insanları öldürür

Hindistanın Bihar ştatında bir aydır anomal istilər davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, anomal istilər nəticəsində ştatda azı 29 nəfər həlak olub.

Bildirilir ki, 25 nəfər ştatın Auranqabad dairəsində, 4 nəfər isə Navada və Qaya dairələrində həlak olub.

Bundan əlavə anomal istilər nəticəsində 30-dan artıq insan xəstəxanaya yerləşdirilib.