Hindistanda anomal istilər 29 nəfərin ölümünə səbəb olub


Digərləri 16 İyn 2019 13:43:19 147 0

Hindistanda anomal istilər 29 nəfərin ölümünə səbəb olub

Hindistanın Bihar ştatında bir aydır anomal istilər davam edir

Bakı. Hindistanın Bihar ştatında bir aydır anomal istilər davam edir. Trend-in "Times of India" qəzetinə istinadən verdiyi məlumata görə, anomal istilər nəticəsində ştatda azı 29 nəfər həlak olub. Bildirilir ki, 25 nəfər ştatın Auranqabad dairəsində, 4 nəfər isə Navada və Qaya dairələrində həlak olub.