"OPEC" görüşü iyulun ilk həftəsində keçirilə bilər


Digərləri 16 İyn 2019 13:06:00 192 0

"OPEC" görüşü iyulun ilk həftəsində keçirilə bilər

"OPEC"-ə (Neft ixrac edən ölkələrin təşkilatı) üzv dövlətlərin nümayəndələrinin görüşü iyul ayının əvvəlində keçirilə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Yaponiyada keçirilən G20 energetika və ekologiya nazirlərinin görüşü çərçivəsində deyib.

"OPEC"-in növbəti görüşü haqqında sualı cavablandırarkən nazir bildirib ki, "görüş yəqin ki iyul ayının ilk həftəsində keçiriləcək".

Nazir bu görüşdə "ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmanı uzatmaq üçün razılıq əldə edə biləcəklərinə" ümid etdiyi bildirib.