Hülya qiymətini artırdı


Digərləri 16 İyn 2019 12:48:00 218 0

Hülya qiymətini artırdı

Türkiyəli aktrisa Hülya Avşar reklam siması olduğu mebel şirkəti ilə müqaviləsini yeniləyib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, o, budəfəki çəkilişdən 6 milyon lirə (1 milyon 733 min manat) qazanacaq.

Avşar müqaviləni imzalayandan sonra tətilə yollanıb. Onun reklam çəkilişləri yayın sonunda reallaşacaq.

Qeyd edək ki, Hülya ilk çəkilişdən 3 milyon lirə (866 min manat) qazanmışdı.