İngiltərə təyyarəsi İstanbulda qəza enişi edib


Dünya 16 İyn 2019 12:06:00 312 0

İngiltərə təyyarəsi İstanbulda qəza enişi edib

İngiltərənin "British" Hava Yollarına məxsus "Boinq-787" markalı sərnişin təyyarəsi İstanbul Hava Limanında qəza enişi edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb Hindistandan Londona uçan təyyarənin sağ mühərrikində yaranan nasazlıq olub. Qəza enişi problemsiz başa çatıb. Texniki baxış zamanı məlum olub ki, mühərrikdə yağ sızması baş verib.