Rusiyalı həkimdən dondurma ilə bağlı


Digərləri 16 İyn 2019 11:24:00 216 0

Rusiyalı həkimdən dondurma ilə bağlı

Dondurmanı tez-tez yemək yuxarı tənəffüs yollarının kəskin şəkildə soyumasına səbəb olur. Bu isə soyuqdəymə və kəskin respirator virus infeksiyalarına səbəb ola bilər.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim Andrey Tyajelnikov bildirib.

Onun sözlərinə görə, tənəffüs yollarında temperaturun kəskin dəyişməsi əlavə stressə də səbəb olur.

Andrey Tyajelnikovun fikrincə, soyuq içkiləri də birnəfəsə içmək ziyanlıdır: "Yayda suyu ilıq işmək vacib deyil. Sadəcə qurtum-qurtum içmək lazımdır ki, su ağız boşluğunda bir qədər isinsin".