Bərdədə 3 otaqlı ev yanıb


Digərləri 16 İyn 2019 10:46:00 213 0

Bərdədə 3 otaqlı ev yanıb

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Əmirli kəndində ümumi sahəsi 162 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 134 m² sahədə və evin zirzəmisindəki qarajın içərisində "VAZ " markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.