Tovuzda piyadanı maşın vurub öldürüb


Digərləri 16 İyn 2019 10:04:00 187 0

Tovuzda piyadanı maşın vurub öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, rayonun Bayramlı kəndinə gedən yolda kənd sakini 1976-cı il təvəllüdlü Məqsəd İskəndərovun meyiti aşkarlanıb. Müayinə zamanı onun avtomobillə vurularaq öldüyü məlum olub. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. 

Faktla bağlı araşdırma aparılır.