Ərdoğan: Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir


Digərləri 16 İyn 2019 10:02:00 176 0

Ərdoğan: Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir

Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir

Bakı. Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammiti çərçivəsində çıxışı zamanı deyib. T.Ərdoğan regional sülh və sabitliyə nail olmaq üçün Suriya münaqişəsinin nizamlanmasının vacibliyini qeyd edib: "Birtərəfli yanaşmalar müasir dünyada sülh və sabitlik məsələlərini həll etməyə imkan verməyəcək".