Marsla bağlı qeyriadi KƏŞF FOTO


Digərləri 16 İyn 2019 08:37:00 231 0

Marsla bağlı qeyriadi KƏŞF  FOTO

"Mars Reconnaissance Orbiter" aparatı Qırmızı planetin səthində yeni foto lentə alıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, aprel ayında lentə alınan foto ancaq indi Arizona universitetinin alimlərinin diqqətini cəlb edib. Məlum olub ki, Marsın cənub yarımkürəsindəki Ellada düzənliyində relyef "Ulduz yolu" serialındakı "Ulduz donanması"nın loqotipinə bənzəyir.

Alimlər qeyd edirlər ki, bu qeyri-adi relyef müxtəlif təbiət hadisələrinin qarşılıqlı əlaqəsi nəticəsində yaranıb. Vulkanlar püskürüb və lavalar küləyin təsiri ilə bu formaya düşüb. Bu tip relyeflə Marsda 700-ə yaxındır və buna bənzər yerləri planetimizdə də tapmaq mümkündür.


Xəbərə aid foto