Bərdədə 3 otaqlı ev yanıb


Digərləri 16 İyn 2019 03:50:00 275 0

Bərdədə 3 otaqlı ev yanıb

Bərdə rayonunda 3 otaqlı ev yanıb

Bakı. Bərdə rayonunda yanğın hadisəsi baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Əmirli kəndində ümumi sahəsi 162 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 134 m² sahədə və evin zirzəmisindəki qarajın içərisində "VAZ " markalı minik avtomobilinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.