Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı


Kriminal 16 İyn 2019 01:30:00 241 0

Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Elşən Tofiq oğlu küçədə naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.