İmanla yəqin arasında nə qədər fasilə vardır?


Digərləri 15 İyn 2019 23:50:00 204 0

İmanla yəqin arasında nə qədər fasilə vardır?

Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: "Ey Peyğəmbər (s) övladı! Sualım vardır". İmam (ə) buyurur: "Soruş". Həmin şəxs deyir: "İmanla yəqin arasında nə qədər fasilə vardır?". İmam (ə) buyurur: "Dörd barmaq qədər. İman o şeydir ki, eşidəsən, yəqin o şeydir ki, görəsən. Gözlə qulaq arasında dörd barmaq fasilə vardır".

Soruşur: "Yerlə göy arasında nə qədər fasilə vardır?. İmam (ə) buyurur: "Bir duanın yerinə yetməsi qədər".

Soruşur: "Şərqlə qərb arasında nə qədər fasilə vardır?". İmam (ə) buyurur: "Günəşin bir gün seyr etməsi qədər".

Soruşur: "İnsanın izzəti nədədir?". İmam (ə) buyurur: "İnsanlardan ehtiyacsız olmaqda".

Soruşur: "Ən çirkin şey nədir?". İmam (ə) buyurur: "Qoca kişidə günah, vəzifə və məqam sahibində sərtlik və tündlük, tanınmış insanlarda yalan, zəngində simiclik, alimdə hərislik".