Azteklər bizə xoşbəxtlik və yaxşı həyat barədə nə öyrədə bilər


Digərləri 15 İyn 2019 22:35:00 251 0

Azteklər bizə xoşbəxtlik və yaxşı həyat barədə nə öyrədə bilər

Sebastiyan Parsell Nyu-Yorkda Sani-Kortlan Universitetində professordur. O, tarix, sosial məsələlər, qloballaşma kimi mövzuları araşdırır.

Son.az bilge.az-a istinadən bildirir ki, məktəb ilinin yaz semestrində mən "Xoşbəxtlik" adlanan bir dərs keçirdim. Bu dərsə həmişə daha çox tələbə qatılır, çünki əksəriyyət kimi onlar da özünü doymuş hiss etməyin sirrini öyrənmək istəyirlər.

"Sizlərdən neçəniz həyatda xoşbəxt olmaq istəyir?" - sual verirəm. Hər kəs əlini qaldırır. Həmişəki kimi. "Neçəniz dünyaya uşaq gətirməyi planlaşdırır". Demək olar, yenə hər kəs əlini qaldırır.

Sonra mən belə bir həqiqəti irəli sürürəm ki, uşağa sahib olmaqla, əksər insanlar özlərini cəncələ salırlar və yalnız ən sonuncu uşaq yetkin insana çevrildikdən sonra əvvəlki qayğısızlıqlarına qovuşurlar. Mən soruşuram: "İndi neçəniz yenə uşaq dünyaya gətirmək istəyir?" Bəlkə də tərslik edirlər, bayaqkı xoşbəxt olmaq istəyənlər yenə əllərini qaldırırlar.

Amma mənim tələbələrim Kolumbiyaya qədərki Amerikada yaşayan Azteklərin yaxşı bildiyi bir şeyi nümayiş etdirirlər. İnsan xoşbəxtlik dalınca qaçmaqdan əl çəkməlidir, çünki bu, onun istədiyi şey deyil əslində. Biz öz həyatımızı şişirdilmiş emosional vəziyyətlər ətrafında qurmuruq. Əslində istəyimiz dəyərli bir həyat yaşamaqdır və əgər bunun üçün qurbanlar verməliyiksə, "xoşbəxtliyin" daha da pisinə gəlir.

Bugünkü Meksikada yaşayan Azteklər uzun müddət "Qərb" tərəfindən görməzlikdən gəliniblər. Sinfimə dərs keçərkən, tələbələrin öyrənmək istədikləri yeganə şey Azteklərin insan qurbanvermə mərasimləri olur. Lakin İspan konkistadorlarının gəlməsindən əvvəl, Asteklərin "filosoflar" və onların yalançı bənzərləri kimi "sofistlər" adlandırdıqları insanların timsalında zəngin fəlsəfi kültürləri vardı. Xristian ilahiyyatçıların sayəsində Astekslərin cild-cild kodeksləri bizə gəlib çatıb. Bu fəlsəfi əsərlərin bəziləri peoziya formasında, bəziləri nəsihət, bəziləri də dialoq formasındadır.

Bu xüsusiyyətlər bizi xüsusilə Platon və Aristotel kimi qədim Yunan filosofları ilə müqayisəyə təşviq edir. Bu insanlar iddia edirdilər ki, biz özümüzdə disiplin və cəsarət kimi keyfiyyətləri tərbiyə edəndə, xoşbəxtlik təbii yolla ortaya çıxır. Əlbəttə, müxtəlif insanları müxtəlif şeylər xoşbəxt edir. Lakin Aristotel inanırdı ki, "məntiqin" universallığı obyektiv xoşbəxtliyi o zaman ortaya çıxarır ki, o, şəxsiyyətin fəzilətləri ilə dəstəklənmiş olsun.

Yunanlar kimi Azteklər də yaxşı həyata necə nail olmaq məsələsiylə maraqlanırdılar. Lakin Aristoteldən fərqli olaraq, onlar insanın məntiq bacarığı ilə başlamamışdılar. Bunun əksinə, onlar xaricə, bizim Yer üzündəki vəziyyətimizə nəzər yetirirdilər. Azteklərdə belə bir deyim var: "Yer sürüşkəndir, sürüş", bu bizdəki təxminən bu müasir deyimə bənzəyir: "Bütün yumurtaları bir səbətə yığma". Onların nəzərdə tutduğu bu idi ki, Yer insanların səhv etməyə meyilli olduqları, planlarımızın tez-tez boşa çıxdığı, dostluqların xəyanətə uğradığı məkandır. Sevinc olanda, dərd də olur. Bir ananın qızına verdiyi məsləhətlər günümüzə qədər gəlib çatıb: "Yer ürəkaçan məkan deyil. O, sevinc, mənuniyyət yeri deyil. Əksinə deyirlər, o, sevinc-bəla, sevinc-ağrı olan bir yerdir".

Hər şeydən vacibi isə, bütün çeşidli nemətlərinə baxmayaraq, Yer bizim bütün əməl və davranışlarımızın fani olduğu bir məkandır. "Dostlarım, ayağa qalxın!" adlandırılan poetik fəlsəfi əsərində Teksoko şəhərinin hökmdarı və müdriki Nezahualkoyotl yazırdı:

Dostlarım, ayağa qalxın!

Zaval oldu şahzadələr,

Nezahualkoyotlam mən,

müğənni və tutuquşuların başçısı.

Güllərini götür, yelpiyini götür.

Onlarla çıx çölə rəqs etməyə!

Övladımsan mənim sən,

Bir Yoyontsinsən [Nərgiz gülü] sən.

Götür şokoladını,