İnsan Allah yolunda dost və düşmənçiliyini necə bilsin?
Digərləri 15 İyn 2019 22:10:00 260 0
İmam Həsən Əsgəri (ə) cəddi barəsində nəql edərək buyurur: "Bir gün Peyğəmbər (s) səhabələrindən birinə buyurur: "Ey Allah bəndəsi! Allah yolunda sev və nifrətə malik ol, Allah üçün məhəbbət və düşmənçilik et. Allah Təalanın vilayətinə çatmazsan, məgər onunla". (Həvzəh)
Həmin şəxs Həzrətə (s) deyir: "Allah yolunda dostluq və düşmənçiliyimi necə bilim? Allahın vəlisi kimdir ki, (onu) sevim. Allahın düşməni kimdir ki, düşmən biləm?"
Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edərək buyurur: "Onu görürsən?".
Həmin şəxs deyir: "Bəli".
Mənbə: milli.az