Peyğəmbərin zamanında yaşamış Misir hakimi Müqəvqis kim idi?


Digərləri 15 İyn 2019 21:40:00 302 0

Peyğəmbərin zamanında yaşamış Misir hakimi Müqəvqis kim idi?

Müqəvqis - İslamdan əvvəl, Bizans tabeçiliyi dövründə Misir hakimlərinə verilən addır. Bəzi alimlərin fikrincə, İran şahlarına "kəsra", Bizans imperatorlarına "qeysər" deyildiyi kimi, Misir hökmdarlarına da "müqəvqis" deyirdilər.

Son.az islam.az-a istinadən bildirir ki, bəzi alimlərin fikrincə isə, Müqəvqis xüsusi addır və o, Peyğəmbərin (s) zamanında hakimiyyət sürmüşdü. Peyğəmbər (s) dünya hakimlərinə məktublar yazarkən, ona da məktub yollamışdı. Müqəvqis məktuba hörmətlə cavab yazmış və Peyğəmbərə (s) qiymətli hədiyyələr, o cümlədən, Mariya adlı kəniz göndərmişdi. Müsəlmanlar Misiri fəth edəndə Müqəvqis müharibəsiz ölkəni təslim etmişdi.

Müasir ingilis alimi Betlerin fikrincə, Müqəvqisin əsl adı Qeyrus idi. O, Qafqaz kilsəsinin başçısı idi, Bizans imperatoru Heraklit onu Misrə vali təyin etmişdi. "Müqəvqis" sözü də yunanca "qavqasius", yəni "qafqazlı" sözünün ərəbləşdirilmiş variantıdır (Məarif və məariyf, IX cild, səh. 562-563).