İstilik və aktiv karbonla plastiklər reaktiv yanacağa çevrilir


Digərləri 15 İyn 2019 21:45:00 238 0

İstilik və aktiv karbonla plastiklər reaktiv yanacağa çevrilir

Vaşinqton Dövlət Universitetindən dos.dr.Hanvu Li rəhbərliyi altında elm insanlarından ibarət olan bir qrup, aşağı sıxlıqlı plastikləri reaktiv yanacağına keçirmənin bir yolunu tapdılar. Adətən bu plastiklər digər bir plastik növünə çevrilə bilir, lakin bu vəziyyətdə də daha çox tullantı ortaya çıxır.

Son.az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılar əvvəl plastik paketlər, süd şüşələri kimi aşağı sıxlıqlı tullantıları emal edərək, onları 3 mm böyüklüyündəki qranullara çevirir. Sonra bu qranullar balon reaktoru adı verilən bir aktiv karbon yatağında yerləşdirilir. Plastik və karbon qarışığı 430 ilə 571 ºC dərəcəyə isidilərək piroliz əməliyyatı tətbiq olunur. Karbon katalizator funksiyası yerinə yetirərək plastiki parçalayaraq, həbs olunmuş hidrogeni salmasını təmin edir. 7 fərqli növ aktiv karbonu sınadıqdan sonra qrup, 85% reaktiv yanacağı və 15% dizeldən ibarət olan bir məhlul əldə etdi. Bu yanacaqlar bir-birindən ayrıla bilir və bundan əlavə, karbon yenidən istifadə etmək üçün ayrılır və katalitik təsir üçün yenidən aktivləşdirilə bilir.