Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açılıb


Digərləri 15 İyn 2019 21:11:00 213 0

Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açılıb

Bakı - Şarm əl - Şeyx - Bakı birbaşa çarter reysi açılıb

Bakı. Nərgiz Sadıqova – Bakı - Şarm əl - Şeyx - Bakı birbaşa çarter reysi açılıb. Trend-in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında Misirin turizm naziri Raniya əl-Maşat bildirib. Onun sözlərinə görə, bu reys müntəzəm xarakter daşıyır və cari ilin 18-dən etibarən hər cümə axşamı həyata keçiriləcək. Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa uçuşların açılması Azərbaycanla Misir arasında səyahət müddətini əhəmiyyətli dərəcədə azalda və bütün narahatlıqları aradan qaldıra bilər.