Kimlərin pis xüsusiyyətlərini onların olmadığı yerlərdə danışmağa icazə verilir?


Digərləri 15 İyn 2019 20:40:00 192 0

Kimlərin pis xüsusiyyətlərini onların olmadığı yerlərdə danışmağa icazə verilir?

Bir kəsin olmadığı yerdə onun mənfi xüsusiyyətlərini açıb söyləmək qeybət sayılır. Ümumilikdə qeybət o söhbətə deyilir ki, haqqında danışılan adam bunu eşitsəydi, narahat olardı.

Son.az islam.az-a istinadən bildirir ki, qeybət etmək günahdır və müsəlman əxlaqına yaraşmaz. Lakin bəzi istisna hallarda insanların mənfi xüsusiyyətlərini onların olmadığı yerlərdə də danışmaq icazəlidir. Başqalarını azdıran, aldadan, yoldan çıxaran, batil fikirlər yayan şəxsin qeybətini etmək günah deyil. Çünki bu yolla başqalarını onun zərərindən qorumaq və onun yaydığı ziyanlı fikirləri ifşa etmək mümkündür. Lakin bu zaman da həddi aşmamaq və müsəlman əxlaqını qorumaq zəruridir.