Gürcüstan parlamentinin I vitsespikerindən “Keşikçidağ” bəyanatı


Dünya 15 İyn 2019 20:43:00 201 0

Gürcüstan parlamentinin I vitsespikerindən “Keşikçidağ” bəyanatı

Hər iki tərəf "Keşikçidağ"ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili deyib.

O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq.

"Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu, çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım atılması təbiidir", - deyə T. Çuqoşvili vurğulayıb.