Efootball PES 2020nin fraqmentləri yayımlandı VİDEO


Digərləri 15 İyn 2019 20:50:00 243 0

Efootball PES 2020nin fraqmentləri yayımlandı  VİDEO

Konami PES seriyasının yeni oyunu eFootball PES 2020-ni təqdim edir.

Chip.az xəbər verir ki, sentyabrın 10-da satışa çıxarılacaq yeni oyun, adından göründüyü kimi, e-idmana sahəsinə yönəldiləcək. Konaminin məlumatlarına görə, sahədəki hər bir hərəkətin düzgünlüyünü və tutarlılığını təmin etmək üçün PES 2020-də qiymətləndirmələr aparılıb.

Diqqət çəkən məqamlardan biri yaradıcı qrupun Andrés Iniesta ilə birgə, sahədəki boşluqları görüb oyunun hücum və ötürmələr ilə oyuna daha yaxşı adaptasiyasını artırmaq üçün çalışmasıdır.

Seriyanın pərəstişkarları PES-də reallığın həmişə vacib olduğunu və qalibiyyətlərdə olduğu kimi uğursuzluqlarınızda da pay sahibi olduqlarını qəbul edəcəklər. Bu baxımdan PES 2020, oyunçu səhvlərindən yararlanaraq avantajı qoruyub saxlayacaq real oyunu təmin edəcək. Oyuna bir neçə yeni ilk touch taktikası da əlavə olunub.

Oyunun Əsas Liqa rejimi yenilənmiş bir formatda gəlir. Daha real transferlər edərək Maradona kimi əfsanəvi məşqçiləri ilə komandalarınızı idarə edə biləcəksiniz. Matçdan öncə və sonra mətbuat konfranslarında isə  interaktiv dialoqlar ilə qarşılaşacaqsınız.