Maya sivilizasiyası niyə məhv olub?


Digərləri 15 İyn 2019 20:35:00 359 0

Maya sivilizasiyası niyə məhv olub?

İki min il mövcud olan sivilizasiya niyə məhv olub?

Son.az bilge.az-a istinadən bildirir ki, ABŞ-ın Miçiqan universitetinin antropoloqları Maya sivilizasiyasının məhv olmasına səbəblərdən biri kimi qarşılıqlı hərbi münqişələrin rol oynadığını ehtimal edirlər. Bu qənaətə onlar antik Pakbitun şəhərindəki qazıntılar zamanı bir hərbiçinin məzarında aşkar etdikləri kəllə sümüklərini və digər artefaktları analiz etdikdən sonra gəliblər. Bu barədə "Phys.org" məlumat yayıb.

Elm adamlarının sözlərinə görə, tapılan kəllələri boyunda medal kimi gəzdirirdilər. Bu kəllələr düşmən üzərində qələbə çalan hərbçilərin qəhrəmanlıqlarını əks etdirirdi. Məlumdur ki, qədim Maya şəhəri Yaşçilanda boynunda zəfər kəllələri asan yerli hökmdarın əks olunduğu relyef var. Oxşar hərbi bəzəklər həmçinin digər relyeflərdə də var və VIII - IX əsrlərə gedib çıxan keramik qablarda da əks olunub.

Tədqiqatçılar hesab edir ki, kəllə taxmaq ənənəsi və digər arxeoloji tapıntılar hərbi toqquşmalardan və zorakılıqdan xəbər verir. Şimal və cənub hökmdarları arasındakı müharibələr cənubdakı düzənlik şəhərlərinin tezliklə dağılmasına gətirib çıxarmışdı. Birinci minilliyin sonlarında Pakbitun süqut edir, bundan sonra yarımadada Mayanın siyasi mərkəzi kimi Yukatan önə çıxır. Həmin regiondakı mədəni predmetlər daha "qanlı" olmağa başlayır və tez-tez onlarda öldürülmüş düşmənlərin və insan qalıqlarının təsvirləri öz əksini tapmağa başlayır.