Goranboyda kombayn, Sabirabadda traktor qoşqusu yanıb


Digərləri 15 İyn 2019 19:55:00 240 0

Goranboyda kombayn, Sabirabadda traktor qoşqusu yanıb

Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub.

Bakı. Goranboy rayonunun Hacallı kəndində kombaynın mühərrik hissəsi və 2 ədəd qabaq təkəri yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Sabirabad rayonunun Ulacalı kəndində traktor qoşqusunun təkərləri və qoşquya yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb.