Səudiyyə husilərin mövqelərinə hücum edib


Dünya 15 İyn 2019 19:32:00 238 0

Səudiyyə husilərin mövqelərinə hücum edib

Səudiyyənin başçılıq etdiyi koalisiya Yəmənin paytaxtı Sənada İranın müttəfiq olduğu Husi qüvvələrinə qarşı hava hücumu edib.

Hücum nəticəsində şəhərin husilərin nəzarəet etdiyi hissəsində hava müdafiə sistemləri və digər hərbi mövqelər vurulub. Hücum husilər Səudiyyənin hava limanına raket hücumu etməsindən bir neçə gün sonraya təsadüf edib.

Səudiyyəlilərlə husilər bir-birilərinə hücum edir

Qərbin dəstəklədiyi sünni müsəlman koalisiyası husilər tərəfindən Sənadan qovulan beynəlxalq ictiamiyyətin tanıdığı hökümərti bərpa etmək məqsədilə 2015-ci ildən bəri Yəməndə husilərə qarşı döyüşür.

Husilər son aylarda Yaxın Şərqdə İran və Birləşmiş Ştatlarla müttəfiq olan ərəb ölkələri arasında gərginliyin artdığı bir vaxt dron və raket hücumlarını gücləndirib.

Yəmən münaqişəsi regionda İranla Səuudiyyə Ərəbistanı arasında vasitəçilik müharibəsi olaraq görülür. Lakin husilər Tehrandan göstəriş aldıqlarını inkar edir və korrupsiyaya qarşı mübarizə aparmaq üçün döyüşdüklərini bildirir.

Mülki vətəndaşlar arasında tələfat

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı və yardım agentliklərinin bildirdiyinə görə, Yəməndəki vətəndaş müharibəsi nəticəsində 10 mindən çox insan ölüb, yoxsul ölkə aclıq fəlakəti qarşısındadır.