Koçaryanın işi ilə bağlı Apellyasiya qərarı gələn həftə elan edilə bilər


Dünya 15 İyn 2019 19:39:00 468 0

Koçaryanın işi ilə bağlı Apellyasiya qərarı gələn həftə elan edilə bilər

Ermənistan Apellyasiya Məhkəməsi Ermənistan Baş Prokurorluğu və 1 mart 2008-ci il hadisələri zamanı zərər çəkənlərin sabiq prezident Robert Koçaryanın cinayət işi ilə bağlı şikayəti təmin etməyib. Məhkəmə sədri Armen Danielyan eks-prezidentin vəkilləri tərəfindən sədrlikdən könüllü imtina etmək tələbi irəli sürüldüyünə görə, qərar qəbul etmək üçün iyunun 18-nə kimi möhlət aldı.

Cümə günü səhərdən Apellyasiya Məhkəməsi önündə sabiq prezident Robert Koçaryanın onlarla tərəfdarı və onun cəzalandırılmasını tələb edən və 1 mart hadisələrində zərərçəkənlərin yaxınları toplaşmışdı.

Koçaryanın tərəfdarları mütəşəkkil surətdə, hamısı birlikdə gəlmişdi.

Hərdən Robert Koçaryanın bəzi tərəfdarları ilə əleyhdarlarını ayırmaq üçün polis işə qarışmağa məcbur olurdu

Onlar yayın qızmar günəşindən qorunmaq üçün talvarlar qurmuşdular, vaxtaşırı su və yeməklə təchiz edilirdilər. Hətta maye yanacaqla işləyən generator gətirmişdilər ki, suyu soyuducuda saxlasınlar.

Bu, Koçaryanın əleyhdarlarına onun müdafiəsinə piket keçirənlərin muzdlu olduğunu ehtimal etməyə əsas verirdi.

Koçaryanın əleyhinə piketçilərin sayı çox deyildi. Onlar hərdən Günəşin şüalarından gizlənmək üçün ağacların altına sığınırdılar.

Onlar "Koçaryan - qatil" qışqırırdı, qarşı tərəf: "Koçaryan - qəhrəman",- cavab verirdi.

Yerevan Apellyasiya məhkəməsində Robert Koçaryanın işi üzrə şikayətlərlə bağlı dinləmələr iki gün davam edib.

Baş Prokurorluq və 1 mart 2008-ci il hadisələri zamanı zərər çəkənlərin nümayəndələri birinci instansiya məhkəməsinin tanınmamış "Dağlıq Qarabağ Respublikasının" fəaliyyətdə olan və keçmiş "prezidentləri" Bako Sahakyan və Arkadi Ğukasyanın zəmanəti ilə Koçaryan barəsində həbs qətimkan tədbirin dəyişməsi qərarını mübahisə edirlər.