Doğurdanmı bəzi ariflər Allahdan heç nə istəməyib və dua etməyiblər?


Digərləri 15 İyn 2019 19:40:00 450 0

Doğurdanmı bəzi ariflər Allahdan heç nə istəməyib və dua etməyiblər?

Deyirlər ki, bəzi ariflər riza məqamına çatdıqları üçün Allahdan heç nə istəməyib və dua etməyiblər. Bu doğrudurmu?

Bu, yanlış bir düşüncədir. Bu məqama çatdığını iddia edən şəxs əslində arif və övliya deyil. Çünki mərifətdə ən uca məqam məsumlara məxsusdur. Peyğəmbərimiz (s) və imamlarımız (ə) ömürlərinin son anına kimi dua etmiş və bir an da duadan kənar qalmamışlar.

Son.az islam.az-a istinadən bildirir ki, onların dilindən rəvayət edilən dualar İslam mətnlərinin mühüm hissələrindən birini təşkil edir. Əgər duadan ehtiyacsızlıq mümkün olsaydı, hamıdan əvvəl məsumlarımız bu məqama çatar və dua etməkdən əl çəkərdilər. Bütün insanlar Allaha ehtiyaclıdır. Allah, Ona ehtiyaclı olduğumuzu dilə gətirməyimiz üçün hər namazda Fatihə surəsinin sonunda dua məzmunlu ayələri oxumağımızı vacib edib. Allahdan maddi nə isə istəməməyi başa düşmək olar; hərçənd ki, hər kəsin başqasına möhtac olmamaq üçün ruzini də Allahdan istəməsi lazımdır. Mənəvi nemətləri - hidayət, iman, təqva, faydalı ömür və s. - Allahdan istəməmək isə nəinki insafdan deyil, həm də möminə yaraşmayan xüsusiyyətdir.