Məhəmməd Rəhmanifər: Uşaqların evdə də ana dilində danışmasını istəmirlər


Dünya 15 İyn 2019 19:26:00 249 0

Məhəmməd Rəhmanifər: Uşaqların evdə də ana dilində danışmasını istəmirlər

Təbrizdən Amerikanın Səsinə danışan yazar və mədəni fəal Məhəmməd Rəhmanifər bu yaxınlarda İran təhsil nazirliyinin ortaya qoyduğu "farsca yetərlilik testi" layihəsini dəyərləndirib. Rəhmanifərin deyir, yeni layihə ilə istəyirlər ki, "rəsmi dil artıq xüsusi mühitlərə, yəni evlərə də təcavüz etsin."

Bu yaxınlarda İranın təhsil nazirliyi "farsca yetərlilik testi"-nin məktəbəqədər uşaqlar üçün keçirilən müntəzəm sağlamlıq testlərinə əlavə olunacağını bildirdi. İbtidai təhsil üzrə nazir müavinin açıqlamalarına əsasən, hazırlıqların tamamlandığı bölgələrdə 4 yaşındakı qeyri-fars uşaqlar da bu testlərdən keçirilə bilər.

İstəyirlər ki, ailələr uşaqlarının o testdən keçməsi üçün evdə də ana dilini tətil etməyə məcbur olsunlar. Bu günə qədər ana dili ancaq xüsusi mühitlərdə yəni evlərdə yaşayırdı. Məhəmməd Rəhmanifərin sözlərinə görə, "istəyirlər ki, ailələr uşaqlarının o testdən keçməsi üçün evdə də ana dilini tətil etməyə məcbur olsunlar. Bu günə qədər ana dili ancaq xüsusi mühitlərdə, yəni evlərdə yaşayırdı. Amma artıq bu rəsmi dil, fars dili evlərə də təcavüz edir."

Qeyri-fars icmaların mədəni və ictimai fəallarından əlavə bəzi yerli siyasətçilər və bir neçə millət vəkili də Təhsil Nazirliyinin yeni layihəsinə sərt təpki göstərib.

Həmin mübahisələrin əsnasında İran mediasında təhsil naziri Seyyid Məhəmməd Bəthayinin istefa vediyinə dair xəbərlər yayılıb.

Rəhmanifər Nazirin istefasının "farsca yetərlilik testi" və ya qeyri-fars icmalarını narahat edən keçmiş addımları ilə bağlı olmadığını düşünür.

Nazirin istefa səbəbi olaraq mətbuatda dərc edilən açıqlamaların qəribə və anlaşılmaz olduğuna diqqət çəkən yazar deyir ki, "onun istefası qəti olaraq qeyri-fars uşaqların təhsil məsələləri ilə bağlı deyil. Çünki, bu nazir bundan öncə də oxşar işlər görmüşdü. Amma geniş etirazlara baxmayaraq o, nə parlament sorğulaması (istizah) ilə qarşılaşdı, nə də tənqidləri ciddiyə aldı."