ABŞ və Polşa hərbi əməkdaşlığı genişləndirir


Dünya 15 İyn 2019 19:29:00 244 0

ABŞ və Polşa hərbi əməkdaşlığı genişləndirir

ABŞ prezidenti Donald Tramp Polşa ilə hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmaya əsasən bu ölkəyə əlavə ABŞ əsgərlərinin göndəriləcəyini bildirib. Tramp bu açıqlamanı Ağ Evdə Polşa prezidenti Andjey Duda ilə görüşdən sonra birgə mətbuat konfransında verib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Vaşinqton səmasında Ağ Ev üzərində F-35 təyyarələrinin uçuşu əvvəllər presedenti olmayan bir haldır. Buna səbəb isə Polşanın F-35 döyüş təyyarələri almasına dair prezident Andjey Duda və ABŞ prezidenti Donald Tramp arasında razılaşmanın imzalanmasıdır.

ABŞ prezidenti Donald Tramp: "Keçən ay Polşanın Amerika istehsalı olan F-35 təyyarələrini almaq istəməsini elan etməsini böyük razılıq hissi ilə qarşıladım."

Trampın bildirdiyinə görə, döyüş təyyrələri ilə yanaşı, ABŞ-ın Polşadakı hərbi bazasına min nəfərdən ibarət əlavə əsgəri qüvvə göndərilir. Bununla artıq Polşada yerləşdirilmiş 4 min nəfərlik ABŞ əsgərlərinin sayı artırılır.

Keçən il Polşa Amerikanın yüksək mobil artilleriya raket sistemlərini almışdı.

Sağçı, millətçi, anti-immiqrant platformasından seçilən prezident Duda ölkədə ABŞ hərbi qüvvələrinin bazasına "Fort Tramp" adı verilməsini təklif edib.

Prezident Duda Rusiyanın təcavüzü qarşısında Polşada ABŞ hərbi qüvvələrinin mövcudluğunun artırılmasını istəyir.