İmişlidə 3 otaqlı ev yanıb


Digərləri 15 İyn 2019 18:32:18 226 0

İmişlidə 3 otaqlı ev yanıb

İmişli rayonunun Çaxırlı kəndində yanğın olub.

Bakı. İmişli rayonunun Çaxırlı kəndində yanğın olub. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 68 kv.m sahədə, dam örtüyü 80 kv.m sahədə və həyətyanı ərazidə 3 ton ot bağlamasının 100 kiloqramı yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.