Masazır sakininin həyətindən çətənə kolları götürülüb


Digərləri 15 İyn 2019 17:54:15 243 0

Masazır sakininin həyətindən çətənə kolları götürülüb

Masazır kənd sakininə məxsus həyətyanı sahədən çətənə kolları, evindən isə marixuana və çətənə toxumu götürülüb.

Bakı. Masazır kənd sakininə məxsus həyətyanı sahədən çətənə kolları, evindən isə marixuana və çətənə toxumu götürülüb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Əldə edilən məlumat əsasında Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır kənd sakini Ş.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 45 kiloqram 860 qram olan 254 ədəd çətənə kolu, habelə qurudulmuş halda çəkisi 450 qram olan 53 ədəd çətənə kolu, evinə baxış zamanı isə 9 kiloqram 50 qram marixuana və 11,813 qram çətənə toxumu aşkar edilərək götürülüb.