Gürcü kilsəsi ABŞ səfirini ittiham etdi


Dünya 15 İyn 2019 17:44:00 213 0

Gürcü kilsəsi ABŞ səfirini ittiham etdi

ABŞ-ın Gürcüstandakı səfiri Elizabet Rud ölkədəki situasiyanı gərginləşdirir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu ittihamı Gürcü Pravoslav Kilsəsinin rəsmisi David İsakadze irəli sürüb.

"Gürcüstandakı prosesləri kimin idarə etdiyi aydın görünür. Biz həqiqətən istəyirik ki, müstəqil dövlət olaq. ABŞ hökuməti səfirin simasında bizim ölkənin daxili işlərinə müdaxilə edir. O istəyir ki, prosesləri idarə edib, situasiyanı gərginləşdirsin, insanları bir-birilə toqquşdursun", - o bildirib.

Qeyd edək ki, dünən Gürcüstanda LGBT fəallarının aksiyası keçirilib. Onlarla bərabər millətçilərin də yürüşü baş tutub. Tərəflər arasında toqquşma da baş verib.

Gürcüstan Patriarxlığı aksiyadan öncə məlumat yayaraq yürüşü pisləyib və hökuməti onun qarşısını almağa çağırıb.