Təyyarə aviaşou zamanı çaya düşdü:


Dünya 15 İyn 2019 17:50:00 248 0

Təyyarə aviaşou zamanı çaya düşdü:

Polşada aviaşou faciə ilə bitib.

Son.az Trend-ə istinadən bildirir ki, yüngül mühərrikli təyyarə çaya düşüb. Hadisə zamanı pilot ölüb.

Pilotun meyiti və təyyarənin qalıqları sudan çıxarılıb. 60 yaşlı pilotun aviaşouda iştirak etmək üçün Almaniyadan gəldiyi deyilir.

Məlumata görə, qəzanın baş verdiyi ərazidə 8 il əvvəl də oxşar faciə yaşanıb, polşalı pilot ölüb.