ABŞda sabiq senator öldürüldü:


Dünya 15 İyn 2019 17:11:00 198 0

ABŞda sabiq senator öldürüldü:

ABŞ-ın sabiq senatoru 57 yaşlı Lindi Kollinzin qətlində şübhəli bilinən Arkanzas ştatının 48 yaşlı sakini Rebekka Linn O Donell saxlanılıb. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "Associated Press" məlumat yayıb. 

Polisdən verilən məlumata görə, saxlanılan şəxsə qarşı ittiham irəli sürülməyib. 

57 yaşlı Kollinz iyunun 4-də Littl-Rokdan 210 kilometr simal-şərqdə yerləşən Pokaxontasdakı evində ölü tapılıb. 

Bununla yanaşı, agentlik bildirib ki, polis qətllə bağlı təfsilatları açıqlamaqdan imtina edib.