Taxıl sahələrinin 30 faizində biçin yekunlaşıb (CƏDVƏL)


Digərləri 15 İyn 2019 17:07:58 190 0

Taxıl sahələrinin 30 faizində biçin yekunlaşıb (CƏDVƏL)

Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb.

Bakı. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. İyunun 15-nə olan məlumata görə, ölkə ərazisində 304509,71 hektar ərazidə taxıl biçini aparılıb, 235628,1 hektar ərazidə arpa, 68881,65 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 922575,31 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,2 sentner təşkil edir. Bərdə və Yevlax rayonlarında arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad, Beyləqan, Zərdab, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29926 hektar sahənin 29256 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9600 hektar sahənin 9550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Bərdə, Samux, Goranboy, Qax, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib: Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha Neftçala 31404 30610 27,2 Şəki 21626,3 14680 34,0 Biləsuvar 14900 14353 32,0 Sabirabad 9600 9550 37,5 Zərdab 5730 5729,5 30,6 Yevlax 5082,5 5082,5 29,0 Cəlilabad 4509,1 4390 35,1 Bərdə 2568 2568 31,0 Beyləqan 1765 1746 28,0 Samux 3544 3386 34,7 Goranboy 11500 9530 24,0 Qax 2881 2537 26,0 Masallı 2786 2638 20,5 Ağcabədi 5637