Tələbələr arasında intellekt olimpiadasının qalibi müəyyənləşib (FOTO)


Digərləri 15 İyn 2019 16:23:21 224 0

Tələbələr arasında intellekt olimpiadasının qalibi müəyyənləşib (FOTO)

"Tələbələr arasında intellekt olimpiadası" layihəsinin mükaftalandırma mərasimi keçirilib.

Bakı. LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələr arasında intellekt olimpiadası" layihəsinin mükaftalandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş olimpiada Nizami Kino Mərkəzində təşkil olunub. Mərasim Azərbaycan bayrağını özündə ehtiva edən rəqqasların rəqsi ilə başlayıb. Rəqs bitdikdən sonra himn səsləndirilib. Tədbirdə açılış sözü Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevə verilib. Nazir müavini layihəyə uğurlar arzu edib. O, Ulu Öndərin gənclərə verdiyi diqqətdən bəhs edib. Cənab prezident İlham Əliyevin gənclər siyasətindən söhbət açıb. Daha sonra söz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucova verilib. Bu günkü və sabahkı Azərbaycan gəncliyindən söhbət açan sədr intellektual gənclərin ölkəmizdə böyük bir orduya sahib olduğunu vurğulayıb. Cənab prezidentin bildirdiyi kimi işlərimizi, planlarımızı insan kapitalı üzərində qurmağımız fikrini təsdiqləyib. Azərbaycan Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov bu gün gənclərin sağlam gələcək uğrunda birləşməsini, bu cür intellektual oyunlarda bir araya gəlməsini böyük hadisə adlandırıb. Daha sonra layihənin icraçı direktoru Xəyal İbrahimzadə danışıb. Qonaqlar və şirkətlərə layihəyə dəstək olduqları üçün dərin təşəkkürlərini bildirib. Ümumilikdə layihədə 23 universitetdən 10254 nəfər iştirak etdiyini, bunlardan 450 nəfərin finala vəsiqə qazandığını söyləyib. Statistik məlumatları qonaqların diqqətinə çatdırıb. Bir sıra universitetlərin rəhbər şəxsləri və rayon İcra Hakmiyyətlərinin nümayəndələri çıxış ediblər. Qonaqların təbriklərindən sonra mükafatlandırma mərasimi başlayıb. 300 nəfərə endirim kuponları, sertifikatlar və kitablar hədiyyə olunub. İlk 100 yerin qalibləri isə sponsorlardan aşağıdakı hədiyyələri qazanıblar.