Miqrantlar Trampı tənqidi şüarlarla təbrik etdilər


Dünya 15 İyn 2019 16:00:00 320 0

Miqrantlar Trampı tənqidi şüarlarla təbrik etdilər

Sən ad gününü qeyd edərkən qçqın uşaqlar ölürlər.

ABŞ prezidenti Donald Trampın 73 yaşı münasibətilə Meksika sərhədində miqrantlara qarşı apardığı siyasətə etiraz əlaməti olaraq Nyu-Yorkda etiraz aksiyası təşkil edilib.

Son.az musavat.com-a istinadən bildirir ki, Manhetten bölgəsindəki Trump-Tower binasının qarşısında toplanan aksiya iştirakçıları Tramp hökumətinin, xüsusən də qeyri-qanini qaçqın uşaqlarının ailələrindən qoparılaraq saxlanılmasına palakatlarla etiraz edib.

Binanın qarşısında, üzərində "Amerikanın qaçqın siyasəti cinayətdir" sözləri yazılmış böyük bir plakat tutan aksiya iştirakçıları eyni zamanda "Tramp ad gününü qeyd edərkən qaçqın uşaqlar ailələrindən ayrı ad günü keçirir", "Uşaqlar göz altında ölür", "Uşaqlar qəfəslərdə doğum günlərini keçirir", "Qəfəslərə yox" şəklində şüarlar səsləndiriblər. Bəzi aksiya iştirakçıları isə sərhəddə ailələrindən alınmış uşaqların dəmir barmaqlıqlar arxasında əks olunan həqiqi şəkillərini daşıyırdı.

Aksiyada həmçinin cansız uşaq manekenlərin olduğu, üzərində "NoKidsInCages (Qəfəslərdəki Uşaqlara Yox)" sözləri yazılan metal qəfəs də diqqət çəkib. Ötən çərşənbə günü sözügedən qəfəslərdən 24 ədədi başda "Fox" xəbər kanalı, CNN və "New York Times" kimi media qurumlarının olduğu binalar olmaq üzrə Manhetten və Bruklin bölgələrindəki işlək və ya nəqliyyatın olduğu dəyişik sahələrə şəxsiyyəti bilinməyən insanlar tərəfindən qoyulub.