Bakıda turistlərin qaldığı mənzildən oğurluq edən qadın saxlanılıb


Digərləri 15 İyn 2019 15:45:00 209 0

Bakıda turistlərin qaldığı mənzildən oğurluq edən qadın saxlanılıb

Əcnəbi turistlərin kirayədə yaşadıqları mənzildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Əcnəbi turistlərin kirayədə yaşadıqları mənzildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də iki nəfər əcnəbi turistin kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qasımova saxlanılıb.