Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq


Dünya 15 İyn 2019 15:16:00 216 0

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

İyunun 28-29-da Osakada keçiriləcək G20 ölkələri liderlərinin sammiti zamanı təhlükəsizliyi təmin etmək və ictimai asayişi qorumaq üçün 25 mindən çox polis cəlb ediləcək.

Bu barədə iyunun 14-də Osaka polis bölmələrinə təntənəli baxış zamanı bəyan edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hazırda Yaponiyanın hər yerindən xüsusi təyinatlı qüvvələr də daxil olmaqla, polislər Osakaya toplanır. Onlar sammitin keçiriləcəyi obyektləri və liderlərin rezidensiyaları ilə yanaşı, açıq əraziləri və nəqliyyatın hərəkətini də nəzarətdə saxlayacaqlar. Sammit zamanı, ərazidə nəqliyyatın hərəkəti ilə bağlı ciddi məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir.

Təşkilatçıların hesablamalarına görə, G20 liderlərinin sammiti zamanı Osakaya nümayəndə heyətlərinin üzvləri və jurnalistlər daxil olmaqla təqribən 30 min nəfərin gələcəyi gözlənilir.