Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi 2 komanda təmsil edəcək


Digərləri 15 İyn 2019 15:13:00 216 0

Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi 2 komanda təmsil edəcək

4-11 avqust 2019-cu il tarixlərində ölkəmizdə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2019) ölkəmizi təmsil edəcək şagirdlərin adları məlum olub.

Bakı. 4-11 avqust 2019-cu il tarixlərində ölkəmizdə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2019) ölkəmizi təmsil edəcək şagirdlərin adları məlum olub. Trend-in məlumatına görə, Azərbaycan bu yarışmada iki komanda ilə təmsil olunacaq. Birinci komandaya Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdi Fərhad Əzimov, ikinci komandaya isə nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fatimə Ömərova, Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinin şagirdi Əziz Hüseynov, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdi Hüseyn Hacıyev və Bakı şəhəri 269 nömrəli tam orta məktəbin şagirdi Amin Cəlilov üzvdür.