Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi VİDEO


Dünya 15 İyn 2019 12:37:00 220 0

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi  VİDEO

Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinə dondurma hədiyyə edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla V.Putin çinli həmkarını 66 yaşının tamam olması münasibətilə təbrik edib.

Məsələ ilə bağlı açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, V.Putin ikitərəfli münasibətlərin dinamik inkişafının davam edəcəyinə əminliyini ifadə edib.