24 il əvvəl 1 yaşında oxumuşdu, dünən isə toyunda


Şou-biznes 15 İyn 2019 12:20:00 240 0

24 il əvvəl 1 yaşında oxumuşdu, dünən isə toyunda

Ötən gün Bakının məşhur restoranlarının birində baş tutan toy məclisində Xalq artisti Aygün Kazımovaya sürpriz edilib.

Belə ki, sənətçi çıxış edərkən onun 24 il əvvəlki görüntüləri monitorda göstərilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirin aparıcısı İlkin Həsəni qeyd edib ki, A.Kazımova bəyin 1 yaşında da çıxış edib: "Aygün Kazımova 24 il əvvəl bu ailənin məclisində iştirak edib. İndi isə Aygün xanım Qüdrətin toyunda çıxış etdi".

Sözügedən görüntüləri fotoqraf Orxan Rəhmanlı lentə alaraq instaqram səhifəsində paylaşıb.